Bank Of Baku

Yanvarın 1-dən aprelin 14-dək Bakıda baş verən yol-qəza hadisələrində 103 nəfər ölüb

Yanvarın 1-dən aprelin 14-dək Bakıda baş verən yol-qəza hadisələrində 103 nəfər ölüb
# 16 aprel 2007 15:44 (UTC +04:00)
Aprelin 7-dən 14-dək Bakı şəhərində 33 yol-qəza hadisəsi baş verib, nəticədə 6 nəfər həlak olub, 44 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. O bildirib ki, Bakı şəhər Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həftə ərzində 1463 sürücü saxlanılaraq törətdikləri xətaya uyğun cəzalandırılıb. V. Əsədov deyib ki, yanvarın 1-dən aprelin 14-dək Bakıda 417 yol-qəza hadisəsi baş verib, nəticədə 103 nəfər həlak olub, 480 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-qəza hadisələrinin sayı nisbətən artıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR