Bank Of Baku

İrana deportasiya olunan Hadi Musəvinin harada saxlanıldığı bilinmir

İrana deportasiya olunan Hadi Musəvinin harada saxlanıldığı bilinmir
# 16 aprel 2007 15:58 (UTC +04:00)
“Hadi Musəvinin qardaşı Əmin Musəvi ilə telefon əlaqəsi saxladım. O, qardaşının harada saxlanıldığı haqda məlumatsız olduğunu dedi və bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini söylədi”. Bu sözləri APA-ya açıqlamasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı deyib. O bildirib ki, Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti tərəfindən aprelin 12-də İrana deportasiya edilən İran vətəndaşı, GAMOH fəali H. Musəvinin axtarışı hələlik nəticə verməyib və hüquq-mühafizə orqanları onun saxlanıldığı yer barədə heç nə söyləmirlər. A. Qaradağlı H. Musəvinin İran xüsusi-xidmət orqanlarına məxsus təcridxanada saxlanıldığını ehtimal etdiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR