Bank Of Baku

Azərbaycan Gürcüstana qaz nəqlini artırır

Azərbaycan Gürcüstana qaz nəqlini artırır
# 16 aprel 2007 17:26 (UTC +04:00)
“Birinci rübün nəticələrinə görə, Rusiya və Azərbaycan qazının faiz nisbəti 85/15 təşkil edib, il ərzində isə Azərbaycan qazının payı 50%-ə çatacaq”.
S.Şokatayevin sözlərinə görə, il ərzində orta ölçülmüş tarif 1000 kubmetrə görə təxminən 165 dollar təşkil edəcək.
Qeyd edək ki, bu gün gecə Rusiya müvəqqəti olaraq Gürcüstana və Ermənistana qaz verilməsini dayandırır. Bu da qaz kəmərində reabilitasiya işlərinin keçirilməsilə bağlıdır.
Gürcüstan Neft və Qaz Korporasiyasından (GNQK) verilən məlumata görə, Rusiya qaz ixracının müvəqqəti dayandırılmasına dair Gürcüstan tərəfini vaxtında xəbərdar edib və bununla əlaqədar Gürcüstan alternativ qaz təchizatı mənbəsi axtarıb tapıb.
Belə ki, Gürcüstan tərəfi “Şahdəniz” yatağından əlavə qaz həcmlərinin ixracına dair Azərbaycanla razılaşma əldə edib. Həmin razılaşmaya əsasən, artıq aprelin 17-dən Gürcüstana qaz göndəriləcək.
GNQK-nin prezidenti Aleksandr Xetaquri bu gün keçirdiyi mətbuat konfransında sabahdan etibarən Azərbaycandan Gürcüstana gündəlik qaz nəqlinin 4 mln. kubmetrə çatdıracağını vurğulayıb. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR