Bank Of Baku

Şuşanın işğalının 15-ci ildönümü münasibətilə Strasburqda mitinqlər keçiriləcək

Şuşanın işğalının 15-ci ildönümü münasibətilə Strasburqda mitinqlər keçiriləcək
# 17 aprel 2007 08:31 (UTC +04:00)
Onun sözlərinə görə, aprelin 14-15-də Parisdə Tələt Paşa Komitəsinin qondarma “erməni soyqırımı”na qarşı təşkil etdiyi mitinq və toplantılarda iştirak etmək üçün Fransada səfərdə olub: “Toplantıda aparılan müzakirələrin sonunda Tələt Paşa Komitəsi Avropada da öz qolunu yaratmağı qərara aldı. Məni və Strasburqda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Mustafa Əlincəni bu komitəyə seçdilər. Biz orda qərara gəldik ki, 8 may - Şuşanın işğal gününü Tələt Paşa Komitəsi və DAK Strasburqda birgə qeyd edək”. C. Derəxti bildirib ki, aksiyaların texniki-təşkilati problemlərini həll etmək üçün hazırda Strasburqdadır: “Fransada faşizm üzərində qələbənin ildönümü mayın 8-də qeyd edildiyi üçün biz tədbiri bir gün əvvələ - 7 may tarixinə keçirmək zorunda qaldıq. Bu konfransda biz ermənilərin hiyləgər, məkrli siyasətlərini fransızlara və dünya ictimaiyyətinə çatdırmaq niyyətindəyik. Mayın 5-də Avropa institutlarının da yerləşdiyi Strasburq şəhərinin meydanlarından birində nümayiş keçirmək fikrimiz var”. C. Derəxti Avropada və əsasən də Fransada yaşayan azərbaycanlıları bu tədbirlərdə yaxından iştirak etməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR