Bank Of Baku

Yasamalda iki İran vətəndaşı dəm qazından boğularaq ölüb

Yasamalda iki İran vətəndaşı dəm qazından boğularaq ölüb
# 17 aprel 2007 10:06 (UTC +04:00)
Aprelin 16-da Bakının Yasamal rayonunda iki İran vətəndaşı dəm qazından boğularaq ölüb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, rayon sakini Anar Kərimzadənin qonaqları olan İran vətəndaşları Esmaili İbrahim və Abdullahi Torjama dəm qazından boğularaq ölüblər. Faktla bağlı Yasamal rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır. Həmin gün Yasamal rayon sakinləri İlhamə Səmədova, onun oğlu, 1994-cü il təvəllüdlü Kənan, qızı, 1996-cı il təvəllüdlü Cəmilə və qohumu Gülər Nəsirova dəm qazından zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR