Bank Of Baku

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb
# 17 aprel 2007 10:44 (UTC +04:00)
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 06 radələrində olub. 1798-ci il təvəllüdlü Zaqatala şəhər sakini Elmar Cumayev idarə etdiyi “VAZ-21011” markalı 62-BC-862 dövlət nömrə nişanlı avtomaşınla yolun kənarındaki piyadanı, rayonun Kebeloba kənd sakini, 1941-ci təvəllüdlü Meset Əliyevanı vurub. Zərərçəkən rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilis etmək mümkün olmayıb. Sürücü E. Cumayev barəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR