Bank Of Baku

Gəncə şəhər icra hakimiyyətində kadr dəyişikliyi olub

Gəncə şəhər icra hakimiyyətində kadr dəyişikliyi olub
# 17 aprel 2007 11:24 (UTC +04:00)
Gəncə şəhər icra hakimiyyəti başçısının müavini İlham Əliyev öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Akif Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, 62 yaşlı İlham Əliyev ərizəsində gördüyü işin ağırlığını nəzərə alaraq onu işdən azad olunmasını xahiş edib. İlham Əliyevin vəzifəsini bundan sonra şəhər icra hakimiyyəti başçısının köməkçisi Sahib Quliyev icra edəcək. Müavin vəzifəsindən azad olunan İlham Əliyev isə fəaliyyətini Kəpəz rayon Sosial Müdafiə Fondunun rəhbəri kimi davam etdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR