Bank Of Baku

İsmayıllıda baş vermiş torpaq sürüşməsi dayanıb

İsmayıllıda baş vermiş torpaq sürüşməsi dayanıb
# 17 aprel 2007 12:17 (UTC +04:00)
İsmayıllı rayonunun Vaşa kəndində təxminən iki həftə əvvəl başlanan torpaq sürüşməsi səngiyib. Bu barədə APA-ya Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Akif Xıdırov məlumat verib. Onun sözlərinə görə, indi proses müşahidə olunmur, sürüşmə zonası ilə kəndin yaşayış sahəsi arasındakı məsafə təxminən 130 metrdən çoxdur. A. Xıdirov deyib ki, kənd sakinləri icra hakimiyyətinin köçürülmə təklifi ilə razılaşmayıblar: “Onlar dövlətdən kompensasiya istəyirlər. Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri hadisə yerində olub, rəy veriblər. Yəqin ki, Nazirlər Kabineti yaxın günlərdə bununla bağlı qərar verəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR