Bank Of Baku

Özəl təhlükəsizlik xidmətinin əməkdaşı mühafizəsinə məsul olduğu ərazidən oğurluq edərkən yaxalanıb

Özəl təhlükəsizlik xidmətinin əməkdaşı mühafizəsinə məsul olduğu ərazidən oğurluq edərkən yaxalanıb
# 17 aprel 2007 15:29 (UTC +04:00)
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları oğurluq hadisəsinin qarşısını alıb. APA-nın şimal bürosunun məlumatına görə, Dəvəçi rayonunun Şahnəzərli kənd sakini, “Riad” özəl təhlükəsizlik xidmətinin əməkdaşı, 22 yaşlı Elçin Abdinov gecə saat 4 radələrində mühafizəsinə məsul olduğu ərazidə - Xaçmazın mərkəzi küçələrindən birində yerləşən mağazadan geyim əşyaları oğurlayarkən post-patrul xidmətinin əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR