Bank Of Baku

Zaqatala, Bərdə və Yevlaxda baş verən yol qəzaları nəticəsində 3 nəfər ölüb

Zaqatala, Bərdə və Yevlaxda baş verən yol qəzaları nəticəsində 3 nəfər ölüb
# 18 aprel 2007 09:30 (UTC +04:00)
Aprelin 17-də Zaqatala, Bərdə və Yevlax rayonları ərazisində ölümlə nəticələnən yol-qəza hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 6 radələrində Zaqatala rayonunda Elmar Cumayev idarə etdiyi “VAZ-2101” markalı avtomaşınla həmyerlisi Mesed Əliyevanı vurub. Nəticədə xəsarət alan M. Əliyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin gün saat 18 radələrində Bərdə rayonu ərazisində Novruz Məlikov idarə etdiyi “Mercedes E-220” markalı avtomaşını maneəyə vurması nəticəsində hadisə yerində ölüb. Yevlax rayonunun Aran qəsəbəsi ərazisində isə Sumqayıt şəhər sakini Şəmkir Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən, Gəncə şəhər sakini Firuz Quliyevin idarə etdiyi “Kraz-256” markalı avtomaşına vurub. Nəticədə Ş. Mustafayev hadisə yerində ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR