Bank Of Baku

Lənkəran şəhərində yanğın hadisəsi qeydə alınıb

Lənkəran şəhərində yanğın hadisəsi qeydə alınıb
# 19 aprel 2007 11:34 (UTC +04:00)
Lənkəran şəhərində yanğın hadisəsi qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, bu gün saat 11:00 radələrində şəhərin Tofiq İsmayılov küçəsi, ev 17/11 ünvanındakı 1966-cı il təvəllüdlü Səriyyə Özbala qızı Səfərovaya məxsus 23 saylı mənzildə yanğın baş verib. Yanğına səbəb mənzildəki qaz balonunun ehtiyatsızlıqdan alışması olub. Nəticədə 29 kv. metrlik mənzilin 2 kv. metri yanıb. Hadisə yerinə Lənkəran Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin iki yanğınsöndürən maşını göndərilib və qısa vaxtda yanğının qarşısı alınıb. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR