Bank Of Baku

Professor Ənvər Konukçu: “Ermənilər İran vətəndaşı olan çoxlu sayda Azərbaycan türkünü Araz çayında qətlə yetiriblər”

Professor Ənvər Konukçu: “Ermənilər İran vətəndaşı olan çoxlu sayda Azərbaycan türkünü Araz çayında qətlə yetiriblər”
# 19 aprel 2007 12:11 (UTC +04:00)
Konfransla bağlı APA-nın Türkiyə bürosuna eksklüziv açıqlama verən Ərzurum Atatürk Universitetinin professoru Ənvər Konukçu Ermənistan və Anadolu torpaqları ilə bağlı ermənilərin iddialarının puça çıxaraclarının vurğulayıb: “Mənim İqdırla bağlı əhatəli tədqiqatlarım var. Bizim gözümüzdən qaçmış, ermənilərin isə qəsdən gizlətdiyi bir məsələni aydınlaşdırmışam: ermənilər İran vətəndaşı olan çoxlu sayda Azərbaycan türkünü Araz kənarında qətlə yetiriblər. Daşnak erməni hökuməti isə Cənubi Azərbaycanın kənd və qəsəbələrində türk əhalinin qətlə yetirilməsində şəxsən iştirak edib. Bazar günü İqdırda keçiriləcək konfransda bununla bağlı bütün sənədləri ortaya qoyacağam. O ərazilərə “Armeniya” deyilir, ancaq indiki Ermənistan torpaqlarının hamısı Azərbaycan xanlıqlarının idi. Bakıdan olan tarixçilərimiz də bu məsələni ciddi şəkildə araşdırırlar”. Ənvər Konukçu İrəvanın 10 kilometrliyində türk liderinin qəbrinin bərpası məsələsinə də aydınlıq gətirib: “Ermənilər Türkmənbaşını öz düşüncələrinə alət edərək qondarma “soyqırımı” abidəsinə çələng qoydurdular, əvəzində isə gözə pərdə çəkmək üçün Qaraqoyunlu Yusifin qohumu olan, Sürməli çuxuruna adı verilən Səəd bəyin türbəsini təmir etdirdilər. Erməni şovinistləri soyqırımı sadəcə insanlar üzərində deyil, mədəniyyət abidələri üzərində də həyata keçirirlər”. Ənvər Konukçu Araz çayının və Ağrıdağın tarixi ilə bağlı ermənilərin qondarma iddialarının İqdır valiliyi tərəfindən mayda keçiriləcək konfransda darmadağın ediləcəyini deyib: “Ağrı dağının İrəvan tərəfinə baxan hissəsində Elxanilər tərəfindən qurulan Yayla çadır şəhəri var. İndiyə kimi o ərazilərin ermənilərə aid olduğu deyilirdi, ancaq araşdırmalarımız həqiqətin fərqli olduğunu üzə çıxardı. Ağrıdağla bağlı ermənilərin Tövratdan, ordan-burdan götürdüyü məlumatların bizim üçün əhəmiyyəti yoxdur. Ermənilərin öz adlarına çıxdığı bütün yer adları qədim skif və hun mənşəlidir. Ermənilər Sasanilər tarixini bir fırça ilə silərək öz “tarixini” onun yerinə qoyur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR