Bank Of Baku

Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib

Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib
# 19 aprel 2007 12:19 (UTC +04:00)
Neftçala rayonunun Həsənabad kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 18-də saat 00:30 radələrində Mirqurbanlı kənd sakini Ələkbər Əzizov hələlik müəyyən edilməyən avtomaşınla vurulub. Nəticədə Ə. Əzizov hadisə yerində ölüb. Hadisəni törədən maşının tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Həmin gün saat 15:00 radələrində isə Biləsuvar rayonu ərazisində İmişli rayon sakini Kamran Mustafayev, həmyerlisi Elsevər Mürsəlovun idarə etdiyi “T-28” markalı traktorun qoşqusunun altına düşüb və aldığı xəsarətdən ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR