Bank Of Baku

“BTC Co” şirkətinin səhmdarları Bakı-Novorossiysk və Bakı-Batumi marşrutları ilə neftin ixracını bütövlüklə dayandırıb

“BTC Co” şirkətinin səhmdarları Bakı-Novorossiysk və Bakı-Batumi marşrutları ilə neftin ixracını bütövlüklə dayandırıb
# 19 aprel 2007 12:09 (UTC +04:00)
“BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının “APA-Economics”ə verdiyi məlumata görə, hazırda “BTC Co” üzvü olan şirkətlərin BTC ilə gündəlik neft ixracı 600-700 min barel təşkil edir: “Bu şirkətlər ixrac etdikləri nefti dünya bazarlarına çıxarmaq üçün BTC kəmərin tikintisində iştirak ediblər. Bu səbəbdən də BTC işə düşəndən sonra Bakı-Novorossiysk və Bakı-Batumi marşrutları ilə ixracı dayandırmağa qərar verilib”.
Qeyd edək ki, “BTC Co”nun səhmdarları BP (30,1%), AzBTC (25%), “Chevron” (8,90%), “Statoil” (8,71%), TPAO (6,53%), ENİ (5%), “Total” (5%), “İtochu” (3,40%), İNPEX (2,50%), ConocoPhillips (2,50%) və Amerada Hess (2,36%) şirkətləridir. ABƏŞ səhmdarları isə BP (34,1%), “Chevron” (10,2%), ARDNŞ (10%), INPEX (10%), “Statoil” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), “Devon” (5,6%), Itochu (3,9%) və “Amerada Hess” (2,7%) şirkətləridir. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR