Bank Of Baku

Quba və Neftçalada tapılan kütləvi məzarlığın tədqiqi üçün AMEA-da müvafiq qurumlara müraciət hazırlanır

Quba və Neftçalada tapılan kütləvi məzarlığın tədqiqi üçün AMEA-da müvafiq qurumlara müraciət hazırlanır
# 19 aprel 2007 15:28 (UTC +04:00)
Quba və Neftçalada tapılan kütləvi məzarlığın tədqiqi üçün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müvafiq qurumlara müraciət hazırlanır. Bu barədə APA-ya AMEA-nın elmi-informasiya şöbəsinin rəisi Afaq Əsədova məlumat verib. A. Əsədovanın bildirdiyinə görə, Quba və Neftçalada tapılan kütləvi insan məzarlığının tədqiqi üçün dövlət komissiyasının yaradılması xahişi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun müraciəti Rəyasət Heyətinə daxil olub. Hazırda AMEA-da bu istiqamətdə iş görülür, dövlət komissiyasının yaradılması ilə bağlı məsləhətləşmələr aparılır. AMEA-nın dövlət komissiyasının yaradılması ilə bağlı müraciəti tam hazır olmadığından, hələ heç bir müvafiq quruma göndərilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR