Bank Of Baku

“PCL” Servis Şirkətinin məsul işçisi Feliks Kaşirski Azərbaycan xalqını təhqir edib

“PCL” Servis Şirkətinin məsul işçisi Feliks Kaşirski Azərbaycan xalqını təhqir edib
# 20 aprel 2007 13:24 (UTC +04:00)
“PCL” Servis Şirkətinin keçmiş əməkdaşı Hafiz Abdullayev işdən qeyri-qanuni azad olunması ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, H. Abdullayev podrat müqaviləsi ilə 2006-cı ilin noyabrın 20-də “PCL” Servis Şirkətində bir il müddətinə işə götürülüb. “Bu il aprelin 6-da qanunsuz olaraq işdən azad edilmişəm. Buna səbəb şirkətin Bakı ofisinin rəhbərliyinin qanunsuz hərəkətlərinə göz yummamağım olub. İşə götürüldüyüm ilk gündən şirkətin Bakı ofisinin məsul işçisi Feliks Kaşirskinin azərbaycanlıları təhqir etməsinin dəfələrlə şahidi olmuşam. Bu şəxs şirkətin kollektivi arasında yerli işçilərə qarşı mənfi münasibəti ilə ad çıxarıb. Bizi işə aparan şirkət avtobusunda qabaqda oturan Feliks Kaşirskinin yol hərəkətini pozan tanımadığı şəxslərə “Uydi s doroqi Azerbaydjanskiy kazyol” dediyinə görə aramızda mübahisə yarandı. Növbəti dəfə isə 2006-cı il dekabrın 26-da səhər saatlarında işə gedirdik. 20-ci sahə ərazisindən Daxili Qoşunların avtomobil korteji keçdiyindən yol müvəqqəti bağlanmışdı. Bunu görən Feliks Kaşirski “Ti smotri na nix, Azerbaydjanskiye kozli” sözlərini işlətdi. Bundan sonra onunla əlbəyaxa davamız oldu. Nəticədə onun diktəsi ilə işdən azad olndum”. “PCL” Servis Şirkətindən isə məsələyə münasibət bildirmək istəməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR