Bank Of Baku

“Jiqulu” maşınının Bakı-Rostov sərnişin qatarı ilə toqquşması nəticəsində

“Jiqulu” maşınının Bakı-Rostov sərnişin qatarı ilə toqquşması nəticəsində
# 23 aprel 2007 11:35 (UTC +04:00)
Aprelin 21-də saat 20.10 radələrində Pirşağı-Sumqayıt yolunun 35-ci kilometrliyində 6 nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza qorunmayan dəmir yolu keçidi hissəsində “VAZ-2107” markalı avtomaşınla Bakı-Rostov sərnişin qatarının toqquşması nəticəsində baş verib. Sumqayıt şəhər sakini Yavər Qədiməliyev idarə etdiyi “VAZ-2107” markalı avtomaşını Bakı-Rostov sərnişin qatarına vurub. Nəticədə Y. Qədiməliyev və maşında olanhəyat yoldaşı Elnarə Qədiməliyeva, oğlu Ceyhun, qardaşı Alı, Sumqayıt şəhər sakinləri Sevil Əliyeva və Şirin Qədiməliyev hadisə yerində ölüb. Y. Qədiməliyevin qızı, 2004-cü il təvəllüdlü Sevinc qəza nəticəsində ağır bədən xəsarəti alıb. Hazırda xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR