Bank Of Baku

Binəqədi və Nəsimi rayonları ərazisində baş verən yol qəzalarında iki nəfər ölüb

Binəqədi və Nəsimi rayonları ərazisində baş verən yol qəzalarında iki nəfər ölüb
# 23 aprel 2007 12:38 (UTC +04:00)
Aprelin 22-də Bakı şəhərinin Binəqədi və Nəsimi rayonları ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya daxil olan məlumata görə, paytaxt sakini İlqar Məhərrəmov idarə etdiyi “Tofaş” markalı avtomaşını aşırıb. Nəticədə xəsarət alan İ. Məhərrəmov xəstəxanaya aparılarkən yolda ölüb. Həmin gün saat 22:00 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qənbər İsgəndərovun idarə etdiyi “Fiat” markalı və İlham Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət alan hər iki sürücü xəstəxanaya yerləşdirilib. Q. İsgəndərovun həyatını xilas etmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR