Bank Of Baku

Yaponiyanın “Fuci Optika” şirkətinin prezidenti Azərbaycan qaçqın və köçkünləri üçün yardım gətirəcək

Yaponiyanın “Fuci Optika” şirkətinin prezidenti Azərbaycan qaçqın və köçkünləri üçün yardım gətirəcək
# 23 aprel 2007 12:54 (UTC +04:00)
Yaponiyanın “Fuci Optika” şirkətinin prezidenti Akio Kanai iyun ayında Bakıya gələcək. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı ofisindən APA-ya verilən məlumata görə, A. Kanai əvvəlki illərdə olduğu kimi, yenə özü ilə həkim briqadası, eynək və oftalmoloji eynək çərçivələri gətirəcək. Səfər zamanı A. Kanainin ayırdığı vəsait hesabına Beyləqan rayonunda Xocavənd köçkünlərinin məskunlaşdığı ərazidə qazılmış artezian quyusunun rəsmi açılış mərasimi də keçiriləcək. Həmin artezian 2000 nəfəri su ilə təchiz edir.
Xatırladaq ki, A. Kanai 2005-ci və 2006-cı illərdə Azərbaycanda səfərdə olub, qaçqın və köçkünləri oftalmoloji müayinədən keçirib və 5 mindən artıq eynək paylayıb. Bu fəaliyyətinə görə BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən 100 min ABŞ dollar məbləğində mükafat alan A. Kanai həmin vəsaitin bir hissəsini Azərbaycan və Ermənistan qaçqınlarına yardım işinə sərf edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR