Bank Of Baku

Xaçmaz, Neftçala və Qobustan rayonları ərazisində baş verən yol qəzalarında 3 piyada ölüb

Xaçmaz, Neftçala və Qobustan rayonları ərazisində baş verən yol qəzalarında 3 piyada ölüb
# 23 aprel 2007 15:08 (UTC +04:00)
Aprelin 22-də Xaçmaz, Neftçala və Qobustan rayonları ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 22:30 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini Davud Sultanov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Çarxı kənd sakini Ramiz Babayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən R. Babayev orada ölüb. Neftçala rayonunun Mirqurbanlı kəndində isə kənd sakini Eybulla Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmkəndlisi Bülül Axundovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən B. Axundova orada ölüb. Həmin gün saat 23:10 radələrində Qobustan rayonunun Mərəzə qəsəbəsi ərazisində Kürdəmir rayon sakini Əhliman Qədirov idarə etdiyi “VAZ-2103” markalı avtomaşınla Şamaxı rayon sakini Nərgiz Əzməmmədovanı vurub. Nəticədə N. Əzməmmədova ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR