Bank Of Baku

Aclıq aksiyası keçirən zabit tələblərinə məhəl qoyulmadığını bildirir

Aclıq aksiyası keçirən zabit tələblərinə məhəl qoyulmadığını bildirir
# 23 aprel 2007 15:10 (UTC +04:00)
Hüquqlarının bərpası tələbi ilə martın 28-dən aclıq aksiyasına başlayan Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Müdafiə Nazirliyi mühafizə briqadasının keçmiş komandir müavini Rasim Muradov tələbləri yerinə yetirilməyənə qədər aclıq aksiyasını davam etdirəcək. Bu barədə APA-ya Rasim Muradovun özü məlumat verib. O bildirib ki, yuxarı komandanlığa etdiyi müraciətlər cavabsız qalıb, Müdafiə Nazirliyinin rəhbərliyi isə onun aclıq aksiyası keçirməsinə məhəl qoymur. R. Muradov səhhətində yaranan problem səbəbindən xidməti yerinə gedə bilmədiyini də deyib: “Həyat yoldaşım və böyük uşağım sarılıq xəstəliyinə tutulub. Məzuniyyətlə bağlı müraciətim də cavabsız qalıb”. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev isə bildirib ki, R. Muradov hərbi qulluqçu olduğundan onun aclıq aksiyası keçirməsinə qanun yol vermir. O, R. Muradovun nizamnamə çərçivəsində cəzalandırılacağını da deyib: “Hələlik isə onun barəsində komandanlıq tərəfindən hansı qərarın çıxarılacağı haqda məlumatım yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR