Bank Of Baku

Azərbaycan bayrağı altında üzən balıqçı gəmisi Xəzərin Qazaxıstan sularında saxlanılıb

Azərbaycan bayrağı altında üzən balıqçı gəmisi Xəzərin Qazaxıstan sularında saxlanılıb
# 23 aprel 2007 15:31 (UTC +04:00)
APA-nın Qazaxıstan Sərhəd Qoşunlarının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, gəmidə 3 tondan artıq nərə balığı, 350 metr tor və qayıq olub. Mətbuat xidmətindən bildirilib ki, “Putina-2007” adlı Qazaxıstan-Rusiya əməliyyat çərçivəsində ötən 1 sutka ərzində Qazaxıstan sərhədçiləri vertolyotlardan istifadə etməklə, 29 sərhəd pozucusunu saxlayıblar. Onlardan 2-si Qazaxıstan, 27-si isə Azərbaycan vətəndaşıdır.
Azərbaycan Dövlət Dəniz Administrasiyasından isə APA-ya Azərbaycan bayrağı altında üzən balıqçı gəmisinin Qazaxıstan sularında saxlanması barədə quruma hansısa məlumatın daxil olmadığı bildirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR