Bank Of Baku

Nardaranda atışma olub

Nardaranda atışma olub
# 23 aprel 2007 15:48 (UTC +04:00)
Torpaq bölgüsü zamanı Nardaran sakinləri Hafiz Atakişiyevlə Fərhad Quluzadə arasında mübahisə yaranıb, getdikcə böyüyən mübahisə münaqişəyə çevrilib və tərəflər tapançadan bir-birinə atəş açıblar.
Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya bildirib ki, qəsəbə sakinləri, 1949-cu il təvəllüdlü Hafiz Atakişiyevlə 1950-ci il təvəllüdlü Fərhad Quluzadə torpaq bölgüsü zamanı yaranan münaqişə nəticəsində tapança ilə bir-birinə atəş açıblar. Atışmada xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR