Bank Of Baku

Xətai rayonu ərazisində quldurluq edən Bakı şəhər sakini tutulub

Xətai rayonu ərazisində quldurluq edən Bakı şəhər sakini tutulub
# 24 aprel 2007 10:05 (UTC +04:00)
Xətai rayonu ərazisindəki “Mil” mağazasında Samir Novruzova qarşı quldurluq edən Bakı şəhər sakini İlqar Əliyev tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ. Əliyev Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. İ. Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, o, aprelin 22-də Elxan adlı şəxslə birlikdə Nobel prospektindəki mini marketə girib. Onlar özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edib, satıcı Rac Heydərovu tapança ilə hədələyərək pul tələb ediblər. Alıcıların mağazaya daxil olduğunu gördükdə isə 2 qutu siqaret və 2 ədəd meyvə şirəsi götürüb oranı tərk ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR