Bank Of Baku

Valyutadəyişmə məntəqəsinin işçisini tapança ilə hədələyərək pul almağa cəhd göstərən Bakı şəhər sakini tutulub

Valyutadəyişmə məntəqəsinin işçisini tapança ilə hədələyərək pul almağa cəhd göstərən Bakı şəhər sakini tutulub
# 24 aprel 2007 10:08 (UTC +04:00)
Aprelin 22-də saat 16:05 radələrində Atatürk prospektində yerləşən “Turanbank”ın valyutadəyişmə məntəqəsinə girərək oranın işçisi Xəlil Aşurovu tapança ilə hədələyib, pul almağa cəhd göstərən Bakı şəhər sakini Zaur Nəbiyev tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Nəbiyev Nərimanov rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Onun üzərindən 1 ədəd xaricdə istehsal olunmuş tapança, 1 ədəd tapança darağı və 3 ədəd patron götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR