Bank Of Baku

Hacıqabul və Ağdamda baş verən yol-nəqliyyat hadisələri ölümlə nəticələnib

Hacıqabul və Ağdamda baş verən yol-nəqliyyat hadisələri ölümlə nəticələnib
# 24 aprel 2007 11:07 (UTC +04:00)
Aprelin 23-də saat 13.30 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ələt sakini Məhəmməd Abdullayev idarə etdiyi "VAZ-21011" markalı avtomaşınla Atbulaq sakini Bulud Mustafayevi vurub. Xəstəxanaya yerləşdirən B. Mustafayev orada ölüb.
Həmin gün Ağdam rayonunun İmanqulu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Saat 19:30 radələrində kənd sakini Asəf Verdiyev idarə etdiyi "QAZ-53" markalı avtomaşınla həmkəndlisi Gülxarə Nəsirovanı vurub, piyada hadisə yerindəcə ölüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR