Bank Of Baku

Lənkəranda Heydər Əliyev adına parkdan oğurluq edən şəhər sakinləri yaxalanıb

Lənkəranda Heydər Əliyev adına parkdan oğurluq edən şəhər sakinləri yaxalanıb
# 24 aprel 2007 12:07 (UTC +04:00)
Lənkəran şəhər Polis İdarəsinin əməkdaşları oğurluqla məşğul olan iki şəhər sakinini yaxalayıblar. APA-nın Cənub bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Əflatun Tahirov və 1983-cü il təvəllüdlü Arzuman Məhərrəmov şəhərdə yenicə salınan Heydər Əliyev adına Xatirə Parkından metlax, çoxsaylı dəmir, taxta, şalban və su motorlarının oğurlanmasında təsirli bilinirlər. Həmin materiallar A. Məhərrəmova məxsus “Qaz-24” markalı maşınla daşınırmış. Oğrular ümumilikdə 10 kv metrlik qiymətli metlax oğurlayıblar. Hazırda dəymiş ziyan müəyyənləşdirilir. Faktla bağlı Lənkəran rayon Polis İdarəsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR