Bank Of Baku

Gəncədə zooparkın tikintisinə başlanılıb

Gəncədə zooparkın tikintisinə başlanılıb
# 24 aprel 2007 13:24 (UTC +04:00)
Gəncədə mini zooparkın tikintisinə başlanılıb. APA-nın Qərb bürosunun məlumatına görə, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikovanın sözlərinə görə, zooparkın salınmasına hələ ötən ilin oktyabrında başlanılmalı idi: “Bu ideya hələ ötən ilin sonlarında vardı. Lakin soyuq və yağıntılı hava şəraiti işlərə start verməsinə imkan vermirdi. Artıq tikinti işlərinə başlanılıb”. İdarə rəisi bildirib ki, tikinti işləri bu ilin iyuluna kimi yekunlaşdırılacaq. “Artıq Bakı Zooparkı ilə müqavilə bağlanılıb. İlk olaraq Gəncəyə 5 növ heyvan gətiriləcək. Fikrimiz var ki, Mədəniyyət və Turizm Nazirliyi vəsait ayırdıqdan sonra park gələcəkdə müstəqil fəaliyyət göstərsin və yeri dəyişdirilərək, şəhərin kənarına köçürülsün”, deyən M. Məlikova mini zooparkın Gəncə şəhər İcra Hakimiyyəti və şəhər Mədəniyyət və Turizm İdarəsinin daxili imkanları hesabına yaradıldığını əlavə edib. M. Məlikova onu da qeyd edib ki, mini zooparkda çalışacaq 4 işçi paytaxtdakı mərkəzi zooparkda xüsusi kurs keçib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR