Bank Of Baku

Balakən rayonu ərazisində silah-sursat aşkar edilib

Balakən rayonu ərazisində silah-sursat aşkar edilib
# 24 aprel 2007 14:31 (UTC +04:00)
Balakən rayonunun Qazma və Maxmalar kəndləri ərazisində silah-sursat aşkar edilib. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aprelin 23-də rayonun Qazma kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd xaricdə istehsal olunan 5,6 mm kalibrli tapança, 2 ədəd dəmir qutuda partlayıcı vasitələr, 1 ədəd tüstü şaşkası, 40 ədəd 7/62 mm avtomat patronu aşkarlanıb. Aprelin 24-də isə Maxmalar kəndi ərazisində 440 ədəd 7/62 mm avtomat patronu, 1 ədəd tapança tapılıb. Rayon ərazisində əməliyyat-axtarış tədbirləri aprel ayının sonuna kimi davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR