Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları reyd keçirib

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları reyd keçirib
# 24 aprel 2007 16:05 (UTC +04:00)
E. Mirzəyevin sözlərinə görə, aprel ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərində 100-dən artıq obyekt yoxlanılıb. Yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən obyektlərin istismarına qadağa qoyulub, bəzilərinə isə nöqsanları aradan qaldırmaq üçün xəbərdarlıq edilib.
E. Mirzəyevin sözlərinə görə, bu ilin ötən 4 ayı ərzində yanğın hadisələri nəticəsində 24 nəfər dünyasını dəyişib. 2006-cı ildə isə bu rəqəm, ümumilikdə, 40 nəfər təşkil edib: “İri ticarət obyektləri, şadlıq evləri və digər obyektlərdə propan balonları, qaz sistemi, ikinci ehtiyat çıxışların tutulması baş verəcək yanğınların qarşısını almağa çətinliklər yaradır. Bu nöqsanlar aradan qaldırılmasa, həmin obyektlərlə bağlı müvafiq tədbirlər görüləcək”.
E. Mirzəyev onu da əlavə edib ki, nazirlik tərəfindən bir neçə hündürmərtəbəli binanın sahibinə xəbərdarlıq məktubu göndərilib: “Yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər görülməsə, bu binalar istismara qəbul edilməyəcək”.
E. Mirzəyev deyib ki, yanğınsöndürmə dəstələrinin texniki bazasını gücləndirmək məqsədilə avtoçənlər alınıb. Bu ilin sonuna qədər 230 avtoçən, yanğınsöndürmə vasitələri və digər avadanlıqların alınması planlaşdırılır.
Qeyd edək ki, bu gün FHN-in əməkdaşları jurnalistlərin iştirakı ilə yanğın təhlükəsizliyi qaydalarının vəziyyətini yoxlamaq məqsədilə bir neçə obyektdə reyd keçirib. Reyd zamanı əksər obyektlərdə qaydaların pozulması və təhlükə potensialı aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR