Bank Of Baku

Türkiyə, İran, Rusiya, Çin və digər ölkələrdən Azərbaycana gətirilən yanğınsöndürmə vasitələri normativlərə cavab vermir

Türkiyə, İran, Rusiya, Çin və digər ölkələrdən Azərbaycana gətirilən yanğınsöndürmə vasitələri normativlərə cavab vermir
# 24 aprel 2007 16:08 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin (FHN) apardığı araşdırmalar zamanı məlum olub ki, Türkiyə, İran, Rusiya, Çin və digər ölkələrdən Azərbaycana gətirilən yanğınsöndürmə vasitələri normativlərə cavab vermir. APA-nın məlumatına görə, bu barədə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib. Nazir müavini deyib ki, Azərbaycanda yanğınsöndürmə vasitələri istehsal etmək üçün 4 şirkət nazirliyə müraciət edib, hazırda bu müraciətlər araşdırılır: “Bu gün yalnız “Kaspi Yıldız” şirkətinə yanğınsöndürmə vasitələrinin istehsalı üçün müvəqqəti icazə verilib. Lakin həmin müəssisədə də müəyyən nöqsanlar var. Əgər onlar nöqsanları aradan qaldırmasalar, müvafiq tədbirlər görüləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR