Bank Of Baku

Kitab Günü, Ümumdünya Müəlliflik Günü və Əqli Mülkiyyət Günü qeyd olunub

Kitab Günü, Ümumdünya Müəlliflik Günü və Əqli Mülkiyyət Günü qeyd olunub
# 24 aprel 2007 16:39 (UTC +04:00)
Bu gün Müəllif Hüquqları Agentliyi 23 aprel Kitab Günü və Ümumdünya Müəlliflik Günü, həmçinin 26 aprel Əqli Mülkiyyət Gününə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə agentliyin sədri Abutalıb Səmədov açıb. Sonra bir qrup müəllifə müəlliflik şəhadətnaməsi təqdim olunub. Şair Baba Vəziroğlu və Kamal “Xalq Heydər söyləyəcək” mahnısına görə, şair Vahid Əziz bədii əsərlərinə görə, xalq artisti Amalya Pənahova “Yaratdığım obrazların ikinci planı” monoqrafiyasına görə, telejurnalist Qulu Məhərrəmli televerilişlərinə görə, əməkdar artist Tünzalə Ağayeva “Oxu” musiqi əsərinə görə, dramaturq Əli Əmirli “Ağa Məhəmməd Şah Qacar” pyesinə görə, Baba Vəziroğlu və bəstəkar Faiq Sücəddinov “Azərbaycan” mahnısına görə müəlliflik hüququ qazanıblar. Təqdimat mərasimindən sonra agentliyin yeniləşən internet saytı haqda geniş məlumat verilib. Artıq 4 gündür fəaliyyət göstərən agentliyin saytı üç dildə tərtib olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR