Bank Of Baku

Üzeyir Cəfərov məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib

Üzeyir Cəfərov məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib
# 25 aprel 2007 09:36 (UTC +04:00)
Aprelin 20-də axşam naməlum şəxslərin hücumuna məruz qalan və hazırda Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunan “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov bu gün məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib. Bu barədə APA-ya məlumat verən Ü. Cəfərov bildirib ki, Yasamal rayon Məhkəməsinin tibb eksperti Nuru Allahyarov onu müayinə edəndən sonra başındakı xəsarətlərin döyülmə yox, sui-qəsd nəticəsində əmələ gələn zədələrə oxşadığını söyləyib: “O dedi ki, xəstəxanadan çıxandan sonra məni bir daha hərtərəfli müayinə edəcəklər”. Bu gün Yasamal rayon Polis İdarəsinin müstəntiqi Rafiq Əliyev də Ü. Cəfərovla görüşüb. Baş ağrılarının artığını, təzyiqinin yüksəldiyini bildirən redaktor müstəntiq tərəfindən axşam saatlarında dindiriləcəyini deyib.
Qeyd edək ki, Yasamal rayon Polis İdarəsində fakt üzrə Cinayət Məcəlləsinin 132-ci maddəsi (döyülmə) ilə cinayət işi qaldırılıb. Bununla razılaşmayan redaktor sui-qəsd maddəsi üzrə cinayət işi açılmasını tələb edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR