Bank Of Baku

Abutalıb Səmədov: “Fikrət Əmirovun yazdığı “Kor ərəbin mahnısı”nın ermənilər tərəfindən oğurlanmasının qarşısını almaq istiqamətində çalışırıq”

Abutalıb Səmədov: “Fikrət Əmirovun yazdığı “Kor ərəbin mahnısı”nın ermənilər tərəfindən oğurlanmasının qarşısını almaq istiqamətində çalışırıq”
# 25 aprel 2007 12:19 (UTC +04:00)
“Biz bu gün daha çox Fikrət Əmirovun yazdığı “Kor ərəbin mahnısı”nın ermənilər tərəfindən oğurlanmasının qarşısını almaq istiqamətində çalışırıq. Artıq belə məsələlərlə məşğul olan yeganə beynəlxalq qurum olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət etmişik. Təşkilatın baş direktor müavini Bakıda olanda bu barədə onunla ətraflı danışıb qəti etirazımı bildirdim. Əgər bir nəticə əldə olunmasa, onda növbəti addım kimi Avropa Məhkəməsinə müraciət edəcəyik”. Bu sözləri APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Abutalıb Səmədov deyib. A. Səmədov Avropa İnsan Haqları Məhkəməsinin erməni plagiatlığı ilə mübarizədə hansı qərarlar qəbul edə biləcəyinə də aydınlıq gətirib: “Çox təəssüf ki, Avropa Məhkəməsi də digər strukturlar kimi daha çox öz maraqlarına uyğun məsələləri icraata götürür. Hansısa müxalifətçi müraciət edəndə təcili baxıb dövlətə cərimə kəsirlər. Amma bu kimi məsələləri ya icraata götürmürlər, ya da uzun müddət ləngidirlər”. Bu məsələ ilə bağlı müraciət edə biləcəkləri başqa qurum olmadığı üçün A. Səmədov hələlik Ümumdünya Əqli Mülkiyyət Təşkilatının imkanlarından istifadə etmək fikrində olduqlarını bildirib: “Nəticə əldə etmək üçün ciddi təzyiqlər göstəririk. Çalışırıq ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bu məsələ ilə bağlı qərar qəbul etsin. Digər tərəfdən, biz hər dəfə bu məsələləri qaldıranda heç olmasa başqa mahnılarımızın ermənilər tərəfindən oğurlanmasının qarşısını almaq üçün müəyyən cəhdlər etmiş oluruq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR