Bank Of Baku

Rusiya Federasiyasının “Qafqaz Demokratiya İnstitutu" İnkişaf Fondunun Azərbaycan filialının təqdimat mərasimi keçirilib

Rusiya Federasiyasının “Qafqaz Demokratiya İnstitutu" İnkişaf Fondunun Azərbaycan filialının təqdimat mərasimi keçirilib
# 25 aprel 2007 16:26 (UTC +04:00)
Rusiya Federasiyasının “Qafqaz Demokratiya İnstitutu" İnkişaf Fondunun Azərbaycan filialının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə fondun təmsilçiləri, millət vəkilləri, ictimai təşkilatların rəhbərləri və fondun Moskva rəhbərliyi iştirak edib. Filialın rəhbəri Rauf Həsənovun sözlərinə görə, qurumun Azərbaycan nümayəndəliyinin yaradılmasında səbəb Azərbaycan Rusiya münasibətlərinin ictimai səviyyədə möhkəmlənməsinə yardım etməkdir. Fondun sədri Valeri Tursunov iki ölkə arasındakı münasibətlərin tarixi barədə danışıb və bu əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, fond elmi, mədəni əlaqələrlə bağlı layihələr hazırlayıb bunun həyata keçirilməsində iştirak edəcək. Prezident Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Ərəstun Mehdiyev hər iki ölkənin ictimai təşkilatları arasında əlaqələrin qurulmasının əhəmiyyətli olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR