Bank Of Baku

Astara rayonunun Maşxan kəndində torpaq sürüşməsi baş verib

Astara rayonunun Maşxan kəndində torpaq sürüşməsi baş verib
# 26 aprel 2007 15:00 (UTC +04:00)
Aprelin 25-də günorta saatlarında Astara rayonunun Maşxan kəndində torpaq sürüşməsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, torpaq sürüşməsi nəticəsində Talış dağlarından qopmuş təxminən 2 metrlik qaya parçası kənd sakini Şahlar İmaməliyevə məxsus ikiotaqlı yaşayış binasının bir hissəsini dağıdıb və həyətyanı sahəyə ziyan dəyib. Hadisə baş verərkən Ş.İmaməliyevin azyaşlı uşaqları evdə olsalar da, onlardan xəsarət alan olmayıb.
Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, ərazidə əvvəllər də sürüşmə hadisəsi baş verib. Onların sözlərinə görə, sürüşmə baş verən ərazidə altı ailə məskunlaşıb. Astara rayon İcra Hakimiyyətinin nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Şöbəsinin mütəxəssisləri əraziəyə baxış keçiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR