Bank Of Baku

Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının Ermənistan Komitəsi əsirlikdə olan Azərbaycan əsgəri ilə görüşmək niyyətindədir

Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının Ermənistan Komitəsi əsirlikdə olan Azərbaycan əsgəri ilə görüşmək niyyətindədir
# 26 aprel 2007 15:05 (UTC +04:00)
Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının Ermənistan Komitəsi əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovla görüşmək üçün Ermənistanın müvafiq qurumlarına müraciət edib. Bunu APA-ya Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin (HVAAMK) sədri Arzu Abdullayeva deyib. O bildirib ki, bu barədə ona Beynəlxalq Helsinki Vətəndaş Assambleyası Ermənistan Komitəsinin Vanadzor bölməsinin rəhbəri Artur Sakunç məlumat verib. A. Abdullayeva görüşün nə zaman keçiriləcəyindən məlumatsız olduğunu söyləyib: “Bu məsələ komitənin diqqətindədir və hesab edirəm ki, bizim qurumun nümayəndələri yaxın vaxtlarda Samir Məmmədovla görüşə biləcəklər. Onun Azərbaycana dönmək istəməməsi haqda informasiyalara isə inanmıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR