Bank Of Baku

Balakəndə silah-sursat aşkarlanıb

Balakəndə silah-sursat aşkarlanıb
# 26 aprel 2007 15:41 (UTC +04:00)
Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi axtarış-əməliyyat tədbiri zamanı silah-sursat aşkarlanıb. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, axtarış-əməliyyat qrupunun aprelin 25-də keçirdiyi əməliyyat zamanı rayonun Salban kəndi ərazisindən 1 ədəd avtomat və içərisində 22 ədəd 7,62 kalibrli güllə olan avtomat darağı aşkarlanaraq götürülüb. Bu gün keçirilən digər axtarış əməliyyat tədbiri zamanı rayonun Şambul kəndi ərazisindən axan Mazim çayının kənarındakı meşə zolağından 83 ədəd müxtəlif çaplı güllə, 2-ədəd “F-1” əl qumbarası və 1 ədəd tüstü şaşkası aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR