Bank Of Baku

Yevlax-Ağdam yolunda ağır yol qəzası baş verib

Yevlax-Ağdam yolunda ağır yol qəzası baş verib
# 26 aprel 2007 16:22 (UTC +04:00)
Yevlax-Ağdam yolunun 20-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, 1960-cı il təvəllüdlü Bayramov Əli Umud oğlunun idarə etdiyi “Niva” markalı avtomobil, 1965-ci ildə anadan olan Abdullayev Nadir Səməd oğlunun idarə etdiyi “RAF” markalı mikroavtobusla toqquşub. Nəticədə hər iki maşının sürücüsü və sərnişinlər - 1951-ci il təvəllüdlü Əsədov Akif Xasay oğlu və 1958-ci ildə anadan olan Əhmədov Vahid Cavad oğlu müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Bərdə rayon Polis İdarəsində cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR