Bank Of Baku

“Qırmızı Körpü”də baş vermiş insidentdə üç Azərbaycan əsgəri və iki Türkiyə vətəndaşı xəsarət alıb

“Qırmızı Körpü”də baş vermiş insidentdə üç Azərbaycan əsgəri və iki Türkiyə vətəndaşı xəsarət alıb
# 27 aprel 2007 08:41 (UTC +04:00)
Qazax rayon Prokurorluğunun dəftərxanasından APA-ya verilən məlumata görə, insidentlə əlaqədar Qazax rayon Polis İdarəsinin istintaq şöbəsində 10 nəfər şahid qismində dindirilib. Faktla bağlı Cİnayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. Hələlik ilkin istintaq hərəkətləri aparıldığından, insidentlə bağlı həbs edilən və saxlanılan yoxdur.
“Dünən Qırmızı Körpü keçid məntəqəsində baş verən insidentin heç bir bazarla əlaqəsi yoxdur”. Bu barədə məlumatı APA-nın Qərb bürosuna Qazax rayon Polis İdarəsinin rəisi Şükür Mehdiyev verib. Onun sözlərinə görə, satış köşklərinin özəlləşdirilməsi və bu zaman əhali ilə iş adamları arasında düşən dava haqqında yayılan məlumatlar yalnız kiminsə uydurmasıdır. Ş. Mehdiyev bildirib ki, əslində insident keçid məntəqəsindən keçmək istəyən qeydiyyatsız qaraçı miqrantlarla əsgərlər arasında düşüb. Bu zaman sərhəd qoşunlarının əsgərlərindən ikisi bıçaq zərbəsi alıb ki, nəticədə onlar Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov isə APA-ya bildirib ki, xəstəxanaya xəsarət almış üç əsgər daxil olub. Baş həkim bildirib ki, qarın boşluğunu deşən bıçaq yarası alan Elmir Zakir oğlu Rüstəmov dünən əməliyyat olunub. Onun sözlərinə görə, əsgər xeyli qan itirib, vəziyyəti isə əməliyyatın gedişinə uyğundur. A. Novruzov digər yaralılar Zakir Akif oğlu Hüseynov və Elmir Fərman oğlu Əliyevin xəsarəti yüngül olduğunu, buna görə də onların öz hərbi hissələrinə aparıldıqlarını bildirib.
Qeyd edək ki, aprelin 26-da saat 13.00 radələrində “Qırmızı körpü” sərhəd-buraxılış məntəqəsində sərhədi keçən şəxslərlə sərhədçilər arasında insident baş verib. Nəticədə Sərhəd Qoşunlarının üç əsgəri yaralanıb.
İnsidentlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də rəsmi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada hadisənin aprelin 26-da saat 13:30 radələrində Qazax rayonu “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində baş verdiyi bildirilib. İnsident Dövlət Sərhəd Xidmətinin əsgərləri ilə Türkiyə vətəndaşları arasında mübahisə zəminində baş verib. Nəticədə Türkiyə vətəndaşları Üzeyir Gezer və Kemal Özdəmir idarə etdikləri “Ford” və “Tofaş” markalı avtomaşınlarla şlaqbaumu sındırıblar. İnsident zamanı əsgərlərdən Zakir Hüseynov, Elmir Rüstəmov və Elnur Əliyev, habelə Türkiyə vətəndaşları Orbay İrfan və Orbay Canan xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR