Bank Of Baku

Oğurluqla məşğul olan Lənkəran sakini həbs edilib

Oğurluqla məşğul olan Lənkəran sakini həbs edilib
# 27 aprel 2007 10:26 (UTC +04:00)
Lənkəran polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində uzun müddət məişət əşyaları oğurluğu ilə məşğul olan rayon sakini həbs edilib. Şəhər Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, rayonun Aşağı Nüvədi qəsəbə sakinləri Məmməd Məmmədovun və Nadir Bağırovun şikayət ərizələrinə əsasən həmin yaşayış məntəqəsinin sakini, 39 yaşlı Malik Tağıyev məsuliyyətə cəlb olunub. İlkin dindirmələr zamanı M. Tağıyev uzun müddət qəsəbə sakinlərinin həyətlərindən məişət avadanlıqlarının, əlvan metalların, su motorlarının oğurluğu ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR