Bank Of Baku

İnsan alveri ilə məşğul olan Bakı şəhər sakini tutulub

İnsan alveri ilə məşğul olan Bakı şəhər sakini tutulub
# 27 aprel 2007 10:27 (UTC +04:00)
Gəlir əldə etmək məqsədilə insan alveri ilə məşğul olan Bakı şəhər sakini Günel Əliyeva tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində G. Əliyeva Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub. Bir qrup şəxslə cinayət əlaqəsinə girib, qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması faktı ilə əlaqədar G. Əliyevanın barəsində axtarış elan olunmuşdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR