Bank Of Baku

Azərbaycan güllə atıcısı Emin Cəfərov Koreyada qarət edilib

Azərbaycan güllə atıcısı Emin Cəfərov Koreyada qarət edilib
# 27 aprel 2007 11:10 (UTC +04:00)
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında stend atıcılığı üzrə milli komandanın baş məşqçisi Hafiz Cəfərov söyləyib. H.Cəfərov bildirib ki, uğursuz çıxışa baxmayaraq, E.Cəfərovun Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq şansı var: “Dünya kubokunun mərhələ yarışlarında lisenziya qazanmaq çox çətindir. Çünki bu yarışda yalnız birinci yeri tutanlara lisenziya verilir. Amma Avropa çempionatında ilk beşlikdə qərarlaşanlar Pekinə yollanmaq imkanı verən vəsiqələrə sahib çıxacaqlar. Fikrimcə, Emin məhz bu yarışda fərqlənə bilər. Bir şərtlə ki, psixoloji hazırlığında olan problemləri yoluna qoya bilsin. Keçirməyi planlaşdırdığımız təlim-məşq toplanışında bu məsələyə ciddi diqqət ayıracağıq”.
Qeyd edək ki, E.Cəfərov bir neçə gün əvvəl Koreyanın Çanqvon şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında 52-ci olub. İdmançı ötən ay Dominikan Respublikasının Santa Dominqo şəhərində təşkil olunan analoji turnirdə də uğursuz çıxış edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR