Bank Of Baku

Naxçıvanda yol patrul xidmətinə qadınların işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib

Naxçıvanda yol patrul xidmətinə qadınların işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib
# 28 aprel 2007 09:42 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi
əlahiddə yol patrul xidməti inspektoru vəzifəsinə qadınların qəbulu ilə əlaqədar müsabiqə elan edib. APA-nın Naxçıvan Daxili İşlər Nazirliyinin məlumatına istinadən yaydığı xəbərə görə, nazirlik orqanlarında xidmətə könüllülük əsasında şəxsi və işgüzar keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq və təhsil səviyyəsinə görə adıçəkilən orqanda xidmətə yararlı, 20-30 yaş arası qadınlar qəbul olunacaq. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə isə yalnız orta və orta ixtisas təhsilli qadınlar qəbul ediləcək. Müsabiqə test imtahanı və söhbətdən ibarət iki mərhələdə keçiriləcək. Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi isə daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş tapşırıq və normativlər üzrə Daxili İşlər Nazirliyinin müvafiq komissiyası tərəfindən yoxlanılacaq. Artıq müsabiqə üçün sənəd qəbuluna başlanılıb və proses mayın 25-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR