Bank Of Baku

“Barmek” prezidenti Hüseyn Arabul əməliyyat olunacaq

“Barmek” prezidenti Hüseyn Arabul əməliyyat olunacaq
# 30 aprel 2007 13:34 (UTC +04:00)
Bu barədə APA-ya H.Arabul özü məlumat verib. H. Arabul cərrahiyyə əməliyyatının xaricdə keçirilməsini istədiyini deyib. Bununla bağlı o, aprelin 27-də məktubla ölkəni müvəqqəti tərk etməsinə icazə verilməsi üçün məhkəməyə müraciət edib: “İstəyirdim ki, mayın 1-də əməliyyat olunum. Ancaq bu günədək Azərbaycanı müvəqqəti tərk etmək üçün icazə ala bilməmişəm”.
H. Arabul onu da vurğulayıb ki, belə olan təqdirdə o, cərrahiyyə əməliyyatı aparmaq üçün Türkiyədən Azərbaycana tanınmış həkimlərdən birini dəvət etmək niyyətindədir.
Qeyd edək ki, “Barmek” şirkəti ilə bağlı 2006-cı ilin martında cinayət işi başlanıldığı üçün H. Arabulun Azərbaycanı tərk etməsinə icazə verilmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR