Bank Of Baku

Ötən həftə Bakı şəhərində baş vermiş 34 yol-qəza hadisəsində 3 nəfər həlak olub, 40 nəfər xəsarət alıb

Ötən həftə Bakı şəhərində baş vermiş 34 yol-qəza hadisəsində 3 nəfər həlak olub, 40 nəfər xəsarət alıb
# 30 aprel 2007 13:44 (UTC +04:00)
Ötən həftə Bakı şəhərində 34 yol-qəza hadisəsi baş verib, nəticədə 3 nəfər həlak olub, 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə APA-ya Bakı şəhər Yol Polisi İdarəsinin təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib. V. Əsədov bildirib ki, Bakı Şəhər Yol Polisinin əməkdaşları tərəfindən həftə ərzində 8734 sürücü saxlanılaraq törətdikləri xətaya uyğun cəzalandırılıb. Şöbə rəisinin sözlərinə görə, bunlardan 146-sı avtomobili sərxoş halda idarəetmə, 155-i qəza şəraiti yaratma, 14-ü polisə tabe olmama, 298-i işıqforun qırmızı işığında keçmə, maşını 359-u rəngli şüşə, pərdə və plyonka, 1009-u avtomobili təhlükəsizlik kəməri bağlamadan idarəetmə, 201-i sürət həddini aşma, digər pozuntu və xətaya yol vermə ilə bağlıdır. V. Əsədov həmçinin ötən həftə təbliğatın gücləndirilməsi məqsədilə Bakı Şəhər Yol Polisi İdarəsi və BMT-nin təşkilatçılığı ilə Azərbaycanda “Yol təhlükəsizliyi” həftəliyinin keçirildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR