Bank Of Baku

Rusiyanın ORT və RTR kanallarının Azərbaycanda yayımı ilə bağlı danışıqlar aparmaq üçün İşçi Qrup yaradılır

Rusiyanın ORT və RTR kanallarının Azərbaycanda yayımı ilə bağlı danışıqlar aparmaq üçün İşçi Qrup yaradılır
# 01 may 2007 15:33 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında məlumat verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, hazırda Nazirlər Kabinetində bununla bağlı iş aparılır: “Nazirlər Kabineti Rusiyanın müvafiq müraciəti ilə bağlı Milli Televiziya və Radio Şurasına da məktub göndərib. Bizə təklif olunurdu ki, məsələ ilə bağlı danışıqlar aparmaq üçün İşçi Qrupu yaradılması barədə rəy verək. Biz də Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Milli Televiziya və Radio Şurası nümayəndələrindən ibarət İşçi Qrupun yaranması barədə rəy verdik. Yəqin ki, Nazirlər Kabineti İşçi Qrupla bağlı lazım olan qərarı verəcək”.
N. Məhərrəmli deyib ki, eyni proses iyulun 10-dan Azərbaycanda yayımı dayandırılacaq Türkiyənin “Samanyolu” kanalı ilə də bağlı başlanıb. MTRŞ sədrinin sözlərinə görə, əgər danışıqlar prosesində yeni qərarlar qəbul olunmasa, iyulun 10-da adı çəkilən kanalların Azərbaycanda yayımı dayandırılacaq. MTRŞ sədri onu da bildirib ki, dövlətlərarası müqavilə başa çatmadığından TRT-nin Azərbaycanda yayımının dayandırılması məsələsi gündəmdə deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR