Bank Of Baku

Fəaliyyəti dayandırılan “Avropa Qapıları” Açıq Tipli Səhmdar Cəmiyyətinin təsisçisi Baba Tağıyev bu gün Milli Məclisin iclasında iştirak edib

Fəaliyyəti dayandırılan “Avropa Qapıları” Açıq Tipli Səhmdar Cəmiyyətinin təsisçisi Baba Tağıyev bu gün Milli Məclisin iclasında iştirak edib
# 01 may 2007 15:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Baba Tağıyevin təsisçisi olduğu “Avropa Qapıları” Açıq Tipli Səhmdar Cəmiyyətinin fəaliyyətinin dayandırılması ilə bağlı məsələni şərh edərkən deyib. S. Novruzovun sözlərinə görə, həmin kateqoriyadan olan şəxslər elmi-yaradıcılıq fəaliyyətindən başqa, digər fəaliyyətlə məşğul olursa, bunlardan birini seçməlidir: “Mən konkret Baba Tağıyevin hansı işlə məşğul olduğunu deyə bilmərəm. Ancaq deputatın sahibkarlıqla məşğul olması qadağandır”.
Qeyd edək ki, deputat Baba Tağıyevin təsisçisi olduğu “Avropa Qapıları” Açıq Tipli Səhmdar Cəmiyyətinin fəaliyyəti aprelin 27-dən dayandırılıb, şirkətə məxsus zavod və müəssisələr Abşeron rayon Polis şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Bunun səbəbinin şirkətdə maliyyə pozuntularının aşkarlanması olduğu bildirilir. Şirkətin rəhbəri, millət vəkili Baba Tağıyevin həbsinə hazırlıq görülməsi ilə bağlı məlumatlar yayılsa da, deputat bu gün Milli Məclisin iclasında iştirak edib və iclasın sonuna qədər parlamentdə olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR