Bank Of Baku

Moskvada azərbaycanlı və erməni tələbələr arasında baş verən toqquşmada bir neçə nəfər yaralanıb, insidentə görə 20-dək şəxs saxlanılıb

Moskvada azərbaycanlı və erməni tələbələr arasında baş verən toqquşmada bir neçə nəfər yaralanıb, insidentə görə 20-dək şəxs saxlanılıb
# 02 may 2007 08:12 (UTC +04:00)
APA-nın məlumatına görə, erməni tələbələrin açdıqları atəş nəticəsində bir neçə nəfər güllə yarası alıb, lakin onlardan yalnız 21 yaşlı Ağəli Alışovun vəziyyəti ağır olduğuna görə xəstəxanaya aparılıb. Digər yaralananlar xəstəxanaya getməkdən imtina ediblər, onlara hadisə yerində ilkin tibbi yardım göstərilib. Universitetin müxtəlif yerlərində quraşdırılan təhlükəsizlik kameralarının çəkdikləri kadrları araşdıran hüquq-mühafizə orqanları toqquşmanın səbəbkarını və azərbaycanlı tələbələrə atəş açan şəxsləri müəyyənləşdirməyə çalışırlar. Azərbaycanlı və erməni tələbələr arasında universitetdə başlayan dava yataqxanada davam edib. Davada iştirak edən 20-dək şəxs saxlanılaraq Çeremuşki rayon daxili işlər idarəsinə aparılıb, hazırda həmin şəxslərin dindirilməsi davam edir. Qeyd edək ki, dünən Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində keçirilən “Cənub-Qərb planeti” sərgisində erməni və azərbaycanlı tələbələr arasında toqquşma baş verib. Universitetin mətbuat xidmətinin rəhbəri Qalina Kuzmina APA-ya verdiyi açıqlamada bildirib ki, toqquşmaya səbəb sərgi zamanı erməni tələbələrin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə rəqs etmək cəhdi olub: “Azərbaycanlı tələbələr ermənilərin bu hərəkətinə sərt şəkildə etirazlarını bildirdilər. Lakin universitetin rəhbərliyi narazılığın toqquşma həddinə çatmasına imkan vermədi. Azərbaycanlı və erməni tələbələr arasında qarşıdurma zamanı odlu, yaxud soyuq silahdan istifadə olunması haqqında məlumatlar əsassızdır”. Universitetin azərbaycanlı tələbələri isə APA-ya açıqlamasında ermənilərin qondarma “DQR” bayrağı ilə rəqs etməyə cəhd göstərdiklərini, lakin soydaşlarımızın buna imkan vermədiklərini deyiblər. Azərbaycanlı tələbələr ermənilərin əlindən bayrağı alaraq cırıblar. Bundan sonra tərəflər arasında toqquşma baş verib və erməni tələbələrdən biri soydaşlarımıza odlu silahdan atəş açıb. Azərbaycanın Rusiyadakı səfirliyindən isə APA-ya bildirilib ki, Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində ermənilərlə azərbaycanlılar arasında qarşıdurma baş verməsi və iki azərbaycanlı tələbənin güllə yarası alması barədə onlarda heç bir məlumat yoxdur. İnsidentə görə, azərbaycanlı tələbələrin və Moskvadakı iş adamlarının ermənilərlə münasibətlərin aydınlaşdırılması üçün təyin etdikləri görüş isə baş tutmayıb. Soydaşlarımızın APA-ya verdiyi məlumata görə, institutda baş verən hadisədən sonra azərbaycanlı və erməni tələbələr Bakı vaxtı ilə saat 20.00-da “Makdonalds” restoranının yaxınlığında görüş təyin etsələr də, ermənilər oraya gəlməyib. Əraziyə 100-dən çox azərbaycanlı tələbə toplaşıb. Ərazidə həmçinin Moskva milisinin xüsusi təyinatlı dəstələri var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR