Bank Of Baku

Azər Həsrət yeni təşkilat yaradılıb

Azər Həsrət yeni təşkilat yaradılıb
# 02 may 2007 08:24 (UTC +04:00)
Azərbaycanda yol və yol hərəkəti mədəniyyəti qaydalarının populyarlaşdırılması və onlara əməl edilməsinin təmin edilməsində vətəndaşlara və müvafiq dövlət qurumlarına yardımçı olmaq məqsədilə “YOL” İctimai Birliyi yaradılıb. Birlikdən APA-ya yeni verilən məlumata görə, qurumun yaradılmasının təşəbbüskarı Azərbaycan Jurnalistlər Konfederasiyasının və Jurnalistlərin Həmkarlar İttifaqının keçmiş rəhbəri Azər Həsrətdir. Yol hərəkəti, nəqliyyat və yol tikintisində marağı olan qurum və vətəndaşlarla ilkin işbirliyi imkanlarını araşdıracaq. Bundan başqa, müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması da nəzərdə tutulub. Təşəbbüs qrupuna hüquqşünaslar Şəmşir Əlisoy və Nemət Paşa daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR